понедельник, 4 апреля 2016 г.

iPhone istifadəçiləri ! EHTİYATLI OlUN!

Yəqin ki bir çoxumuz müasir telefonlarda GPS üsulu ilə çalışan Xəritə proqramlarıyla tanışıq. Xüsusilə avtomobil sürücüləri tez-tez bu xəritələrin naviqasiya xidmətindən istifadə edirlər.  Geolokasiya xidmətinin köməyilə yerləşdiyimiz məntəqəni xəritədə görə və gedəcəyimiz ünvanı müəyyənləşdirərək istiqaməti təyin edə bilirik. Hətta facebook Messenger, watsapp kimi bir çox proqramlarda sürətlə olduğumuz ünvani xəritəylə dostumuza göndərə bilirik.
Amma iPhone istifadəçilərinin bir çoxu istifadə etdikləri bu telefonun onları gizlicə izlədiyindən xəbərsizdirlər.  Telefonun əlçatmaz sayılan müəyyən bir hissəsində yerləşən bu xəritəyə daxil olarkən haqqınızda nə qədər məlumat toplandığını gördükdə çox təəccüblənəcəksiniz.
Burada sizin getdiyiniz bütün ölkələr, şəhərlər, məntəqələr, bu ərazilərdə keçirdiyiniz vaxt ,hərəkət marşrutunuz həm yazılı, həm də xəritə üzərində öz əksini tapıb.
Yəqin ki bir çox istifadəçini bu məlumat sızıntısı çox narahat edəcək. Amma təlaşlanmağa ehtiyac yoxdur.. Haqqınızda olan bu məlumatların qeydə alınmasını istəmirsinizə özünüz bu məlumatları silə  və ya xəritənin fəaliyyətini dayandıra bilərsiniz. Bunun üçün aşağıdakı videonu izləyin və göstərilənləri yerinə yetirin.

iPhone-ununzda sırayla aşağıda göstərilən bölmələrə daxil olun:

1. Settings  ( Настройки)
2. Privacy ( Конфиденциальность)
3. Location Services ( Службы Геолокации)
4. System Services ( Системные Службы)
5. Frequent Locations (Часто Посещаемые Места)
 Bu bölmədə xəritəni və Hərəkət marşrutlarınız barədə məlumatları görəcəksiniz.. 
Mövcud məlumatları silmək üçün  Clear History ( Очистить Историю) düyməsinə basırıq, izləməni tamamilə dayandırmaq üçün  Frequent Location (Часто Посещаемые Места) düyməsini deaktiv vəziyyətə gətirirsiniz.
- See more at: http://xeberoxu.com/news/c:22576#sthash.asgx8MOg.dpuf

Комментариев нет:

Отправить комментарий